Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin bazar günü Ukraynaya müharibə elan edəcək” – Kremlpərəst jurnalistə görə Putinin başqa yolu yoxdur...

Karaulov Zelenskini Putinin elan etməyə hazırlaşdığı total müharibə təhlükəsi qarşısında kapitulyasiyaya çağırıb...

Aprelin 16-da günorta tanınmış Kremlpərəst publisist və jurnalist Andrey Karaulov Ukrayna xalqına və Prezident Volodimir Zelenskiyə müraciət edərək çoxmilyonlu insan itkisinə yol verməmək üçün kapitulyasiyaya çağırıb. 

Karaulov bildirib ki, prezident Putinin yaxın gələcəkdə, bəlkə də bazar günü Ukraynaya müharibə elan edəcəyilə bağlı öz fərziyyəsini irəli sürür. Buna səbəb Rusiya ərazisinin son atəşə tutulmasıdır.

“Mən çoxdandır ki, Baş Qərargahın generalları və müdafiə naziri ilə danışmadım və mənim ehtimallarım təcrübə və hissiyyata əsaslanır... Putin dayanmayacaq, onun başqa yolu yoxdur”, - o deyib.

Publisist qeyd edib ki, bu, başqa bir müharibə olacaq - raketlərdən, o cümlədən Yars, Bulavadan total istifadə ediləcək ki, bu da milyonlarla, bəlkə də on milyonlarla Ukrayna vətəndaşının, o cümlədən rusların ölümünə səbəb olacaq. O həmçinin bildirib ki, Ukraynaya qarşı nüvə silahının tətbiqi məsələsi həqiqətən də gündəmdədir.

Onun sözlərindən belə çıxır ki, Krım və Donbasın Rusiyanın ərazisi kimi tanınması sülh üçün ilkin şərtdir.

Bu vəziyyətdən çıxmaq üçün Kiyev Krımı Rusiyanın ərazisi kimi tanımalı, həmçinin Luqansk və Donetsk vilayətlərinin, hətta Ukraynanın sol sahilinin itirilməsilə barışmalıdır. Əvəzində onun fikrincə, Ukraynanın böyük hissəsi müstəqil olaraq qalacaq.

"Bu, Ukraynanın NATO-ya yolunu açacaq. Bundan sonra Ukraynanın NATO-ya daxil olması onun təhlükəsizliyini yüz il təmin edəcək. Ukrayna Krımdakı Rusiya hərbi bazaları ilə NATO-ya daxil ola bilməyəcək", - o bildirib.

Karaulov belə kapitulyasiyaya tarixi nümunə kimi Yaponiyanı göstərib. Amerikalılar Xirosima və Naqasakiyə iki atom bombası atdıqdan sonra Yaponiya kapitulyasiya edib və bununla da ölkəni və milyonlarla insanın həyatını xilas edib. "Yaponiya 4 ada itirdi, lakin dünyanın aparıcı dövlətinə çevrildi",- Karaulov deyib. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Ən çox oxunanalar